Coca-Cola Yay Kampaniyası

EYNİ MƏHSULDA 2 HƏDİYYƏ QAZANMAQ ŞANSI
Bilərziyin altındakı
kod ilə qeydiyyatdan keçin
Kodu SMS ilə 7676-ə yollayın və ya BURAYA DAXİL EDİN
Samsung S10, qulaqlıqlar və mini səs gücləndirilər*
qazana bilərsiniz
3 qızılı qapaq gətir 1 məhsul götür
Kodu daxil edin
Etibarlı kod daxil edin
Formanı doldurun
Doğum tarixi
/
/
Doğum tarixini daxil edin
Etibarlı ad daxil edin
Etibarlı soyad daxil edin
Telefon
994
Etibarlı telefon nömrəsi daxil edin
    Şəhər seçin
    Qaydalar və Şərtləri qəbul etməlisiniz

    Veb saytın istifadə qaydaları

    Aşağıda göstərilən son yenilənmiş şərtlər və müddəalar, həmçinin bu sayta tətbiq olunan hər hansı qanun və qaydalar ("sayt") saytın bütün istifadəçilərinə şamil edilir.

    Sayt Coca-Cola Company (bundan sonra "şirkət") tərəfindən "Yay 2019- Bilərzik" və Coca-Cola içkiləri üçün sizin əyləncə, informasiya və uduşunuz üçün yaradılmış və dəstəklənmişdir. Saytdan istifadə edərkən siz şirkətin yazılı icazəsi olmadan hər hansı ictimai və ya kommersiya məqsədi ilə saytın məzmununu, o cümlədən mətnləri, şəkilləri, Audio və video materialları yayma, dəyişdirmə, göndərmə, yenidən yazma, dərc etmə və ya başqa şəkildə istifadə etməməlisiniz.

    Sayta giriş və istifadə bu İstifadə şərtləri (bundan sonra "İstifadə Şərtləri") və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

    Veb sayta daxil olmaq və istifadə etməklə, bu mətn və şərtləri tamamilə və heç bir istisna olmadan qəbul etmiş olursunuz.

    İstifadə şərtləri

    Saytın məzmunu, mətnləri və təsvirləri də daxil olmaqla, müəllif və digər intellektual hüquqlar (bundan sonra "məzmun") şirkətə məxsusdur. Ticarət nişanları, loqotiplər və ya xidmət nişanları şirkətin və ya digər müvafiq sahiblərinin qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Bu İstifadə şərtləri ilə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla, siz şirkətin və ya digər sahiblərin yazılı icazəsi olmadan məzmunun hər hansı bir hissəsini istifadə edə bilməzsiniz. Şirkət, müəllif və digər intellektual hüquqlara riayət olunmasına zəmanət verir.

    Şirkət istifadəçilər tərəfindən sayt vasitəsilə (Qeydiyyat Forması vasitəsilə), e-poçt və ya digər şəkildə göndərilən hər hansı şəxsi məlumat (məsələn, Ad, Soyad, Ünvan, Telefon nömrəsi və e-poçt ünvanı) ilə bağlı saytda yerləşdirilən məxfilik siyasətinə sadiqdir. Saytda və ya sayt vasitəsilə təqdim olunan hər hansı digər yazışmalar və materiallar, məsələn suallar, şərhlər, təkliflər və s.şəxsi məlumat hesab edilmir və məxfilik siyasətinə tabe deyildir.

    Şirkət dəqiq və ən son yenilənmiş məlumatı bu saytda əks etdirmək məqsədi ilə olsa da, saytın hər hansı bir səhv və ya boşluqlardan azad olduğunu təmin edə bilməz. Şirkət, saytda hər hansı bir səhv və ya boşluqlar yarandığı təqdirdə aradan qaldırmağa çalışacaq.

    Nə şirkət, nə onun əlaqəli şəxsləri, onun agentliklərindən heç biri, nə də saytın yaradılmasında, istehsalında və ya istifadəyə verilməsində iştirak edən tərəflərdən hər hansı biri istehlakçının saytdan istifadə zamanı çəkdikləri hər hansı ziyana və ya itkiyə görə məsuliyyət daşımır.

    Bu istifadə qaydalarına uyğun olaraq, bütün müəllif hüquqları və digər əqli mülkiyyət hüquqlarının qorunması şərtlə ki, siz şəxsi, qeyri-kommersiya istifadəsi üçün saytda mövcud olan hər hansı məlumatın bir (1) surətini yükləyə və saxlaya bilərsiniz. Şirkət tərəfindən yazılı təsdiq istisna olmaqla, surətini və ya dublikatını çıxarmaq, dəyişdirmək, icarəyə vermək, subicrəyə vermək, borc vermək, satmaq, yaymaq, tərcümə etmək, hissələrə ayırmaq (tam və ya qismən) və ya sayt və ya onun hissələrini hər hansı bir xidmət, proqram, və ya təqdim materialları hissələrə ayrılması qadağandır. İstənilən Proqram təminatının istifadəsi son istifadəçi ilə lisenziya müqaviləsi əsasında tənzimlənir.

    Şirkət saytın istifadəsi və ya hər hansı materialların yüklənməsi səbəbindən kompüter avadanlığınıza və ya digər əmlakınıza təsir edə biləcək hər hansı bir zərər və ya virusa görə məsuliyyət daşımır. SAYT VƏ SAYTDA OLAN HƏR BİR MATERİAL DƏYİŞDİRİLƏ VƏ MÜVAFİQ MƏQSƏDƏ QULLUQ ETMƏDƏN OLDUĞU KİMİ İSTİFADƏÇİLƏRƏ TƏQDİM EDİLƏ BİLƏR.

    Şirkət saytda yerləşən və üçüncü şəxslər tərəfindən idarə olunan başlıqların məzmununa, məxfiliyinə və təhlükəsizliyinə görə heç bir məsuliyyət daşımır.

    Cinayət hesab edilən və ya Azərbaycan Respublikasının qanunlarına tabe olmayan təhdid, aldadıcı, ədəbsiz, qalmaqallı, təhrik, böhtan, pornoqrafik tipli materialların yerləşdirilməsi və ya ötürülməsi üçün istifadə edilməsi qadağandır. Şirkət yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, hüquq-mühafizə orqanlarına yardım məqsədilə hər hansı şəxsi məlumatın səlahiyyətli orqanlar tərəfindən açıqlanmasını tələb hər hansı məhkəmə və ya inzibati qaydalara riayət edəcək; şirkət, bu cür materialların aradan qaldırılması hüququnu özündə saxlayır.

    Qeydə alınmış ticarət nişanlarından şirkətin və ya müvafiq əmtəə nişanı sahibinin əvvəlcədən yazılı icazəsi olmadan istifadə etmək qadağandır.

    Proqram təminatı və saytın digər materialları ABŞ ixracının idarə edilməsi qaydalarının təsiri altına düşə bilər. ABŞ ixracının idarə edilməsi qaydaları müəyyən ölkələrə müəyyən texnologiyaların və proqram təminatının ixracını qadağan edir. (1) Kubaya, Şimali Koreyaya, İrana, Sudana, Suriyaya (və ya bu ölkələrin vətəndaşlarına və ya sakinlərinə), həmçinin ABŞ-ın embarqosu verilmiş hər hansı ölkəyə proqram təminatını yükləmək və ya ixrac etmək qadağandır; (2) və ya ABŞ-ın Maliyyə Nazirliyinin xüsusi olaraq təyin edilmiş vətəndaşlarının siyahısına daxil edilmiş və ya ABŞ Ticarət Nazirliyinə daxil olmayan şəxslərin siyahısına daxil edilmiş şəxslər.

    Şirkət bu İstifadə Şərtlərinə istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən, bu sənədi yeniləyərək dəyişiklik edə bilər. Saytın istifadə edilməsi sənədlərdə dəyişdirilə biləcəyi üçün bu səhifəni mütəmadi olaraq ziyarət etməlisiniz və İstifadə Şərtlərini oxumalısınız.

    Bu sayt Azərbaycan Respublikasında yaradılıb və Azərbaycan Respublikasının ərazisində yerləşir. Bu İstifadə şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Hər hansı mübahisə və ya fikir ayrılığı yaranarsa, belə mübahisələr və fikir ayrılıqları Azərbaycan Respublikasının məhkəmələrində həll olunmalıdır.

    Ticarət nişanı

    "COCA-COLA","Coke", Kontur Şüşə və Dinamik lent The Coca-Cola Company-nin qeydə alınmış əmtəə nişanlarıdır.